Ukraynaya qarşı istifadə edilən İran hərbçilərinin yeri bilindi…-ABŞ ekspertləri

İran İslam İnqilabı Keşikçiləri(IIIKK) Korpusunun üzvləri Rusiya Federasiyasının ilhaq etdiyi Krımdadır və burada rus hərbçilərinə “Şahed-136” kamikadze dronlarından istifadə etməyi öyrətməyə çalışırlar.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (“ISW”) hesabatında bəhs edilir.

Analitiklər vurğulayırlar ki, bu yolla İİIKK işğalçı Rusiyanın Ukraynaya qarşı müharibəsinin davam etdirilməsinə töhfə verir.

“ISW” hesabatında deyilir:

“Ukraynadakı hansısa iranlı personal, çox güman ki, IIIKK-nın pilotsuz uçan aparatlarının təlimatçılarıdır. İranlı təlimatçıların dronları özləri idarə etdikləri, yoxsa,  Rusiya hərbçilərinə onları idarə etməyi öyrətmələri  dəqiq məlum deyil”.

Mütəxəssislər qeyd edirlər ki, sentyabrın ortalarından etibarən Rusiya qoşunları Ukraynadakı mülki hədəflərə qarşı onlarla “Şahed-136” göndərib. İşğalçılar dronların dinc əhaliyə təsirini döyüş meydanında nəzərəçarpacaq təsirlərə nail olmaqdan üstün tuturlar…

 

Mənbə

Share: