Rusiyaya da, Ukraynaya da silah vermirik

Rusiyaya da, Ukraynaya da silah vermirik

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etmədiyini bildirib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb. 

 

“Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub”, – deyə o söyləyib.

 

Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.

Mənbə

Share: