Rusiyaya daha bir zərbə: Təyyarələrdə detal qıtlığı yarandı

Rusiya müdafiə kompleksləri üçün yüzlərlə detalın əvəzedicisini tapmağa çalışır. Sanksiyalara görə təyyarə detalları çatışmır. 

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.

Kəşfiyyat 8-ci Xüsusi Təyinatlı Aviasiya Diviziyasının komandanlığı ilə hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərliyi arasında rəsmi yazışmalardan ibarət materiallar əldə edib.

Bildirilir ki, “An”, “İl”, “Tu” seriyalı təyyarələrin təmiri və texniki xidməti üçün xaricdən gətirilən ehtiyat hissələri kifayət qədər deyil.

Rusiyaya tədarükü dayandırılan komponentlər arasında mayak eniş sistemləri, tüstü detektorları, meteoradarlar, radiolokasiya və naviqasiya sistemləri var.

Share: