Tarixin bəzi mühüm və açıq dərsləri var. Onlara təkrar-təkrar məhəl qoymamaq üzücüdür. Qışda heç vaxt Rusiyaya hücum etməyin, Asiyada heç vaxt quru qoşunlarının iştirak etdiyi müharibəyə qarışmayın.
Axar.az xəbər verir ki, bu barədə “Amerikan Thinker” nəşri yazıb.
“Əgər növbəti qlobal inqilaba hazır deyilsinizsə, heç vaxt qlobal müharibəyə aparan yola çıxmayın. Tarix təkrarlanır, onu tez-tez proqnozlaşdırmaq olar. İndi ABŞ başda olmaqla, Qərbin Rusiya və Çinlə qarşıdurmaya girdiyi bir vaxtda biz yenə növbəti qlobal müharibənin astanasındayıq (görünür, Birinci və İkinci Dünya müharibələri kifayət qədər dağıdıcı olmayıb). Qlobal müharibələr, bir qayda olaraq, əvvəlki tarixi sonrası tarixdən ayıran parlaq əlamətlərə çevrilir”, – məqalədə bildirilib.