Rusiyaya işləyən casus şəbəkəsi ələ keçdi

Rusiyaya işləyən casus şəbəkəsi ələ keçdi

Moldovada sabitliyi pozmaq məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan casus şəbəkəsi ifşa edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) rəhbəri Aleksandr Mustyats bildirib.

 

Onun sözlərinə görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya vətəndaşlarıdır:

 

“Biz dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib”.

Mənbə

Share: