Rusiyaya məxsus Su-25 qırıcısı qəzaya uğradı 

Rusiyaya məxsus Su-25 qırıcısı qəzaya uğradı 

Rusiyaya məxsus Su-25 döyüş təyyarəsi Finlandiya sərhədi yaxınlığında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Hadisə Finlandiya ilə sərhəddə yerləşən Murmansk vilayətində baş verib. Qırıcı Monçeqorsk şəhərindən 10 km aralıda qəzaya uğrayıb.

 

Pilotun sağ qalıb-qalmaması hələlik məlum deyil.

Mənbə

Share: