
Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda Rusiyaya casusluq edən şəxsi saxlayıb.
Modern.az “Unian”a istinadən xəbər verir ki, həmin şəxs məlumatlar toplayaraq “Telegram” vasitəsilə Rusiya qüvvələrinə ötürürmüş.
Belə ki, Ukrayna Silahlı Qüvvələrinn Xarkovdakı qruplaşmalarının koordinatları, hərəkət trayektoriyası, təchizat marşrutu və digər məxfi informasiyalar casus tərəfindən Rusiyaya çatdırılıb.
Bildirilib ki, Rusiyanın raket zərbələri endirməsi üçün onun göndərdiyi məlumatlardan istifadə olunub. Casusun çiynindəki Rusiya gerbi döyməsi diqqət çəkib.