Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo məlumat verib.
O bildirib ki, yeni sanksiyalar 14 fiziki və 34 hüquqi şəxsə təsir edib.
Məlumata görə, Tatarıstanın rəhbəri Rüstəm Minnixanov, həmçinin “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə əlaqəli şirkətlər “qara siyahı”ya salınıb.