Rusiyaya zərbə endirməyə icazə verilməlidir – Polkovnik

Ukraynaya Rusiyaya uzaqmənzilli raketlərlə hücum etmək icazəsinin verilməsi təcavüzkar ölkənin hərbi əməliyyatlar aparmaq imkanlarına ciddi təsir göstərəcək.

Millətin Səsi.az xəbər verir ki, bunu Böyük Britaniya ordusunun istefada olan polkovniki Hamiş de Bretton-Qordon deyib.

O qeyd edib ki, indiyə qədər Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ və qismən də Fransadan nümunə götürür. Məlum olduğu kimi, Vaşinqton və Paris Ukraynaya verilən silahların istifadəsini məhdudlaşdırır.

Onun fikrincə, Starmer cəsarətli olmalı və Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməlidir.

Share: