SOCAR “Azəriqaz” İstehslat Birliyinin baş direktoru Ruslan Əliyevin Mingəçevir şəhərində vətəndaş qəbulu keçiriləcək.
Bu barədə Moderator.az-a İB-dən məlumat verilib.
Bildirilib ki, dekabrın 5-də saat 11:00-da Heydər Əliyev Mərkəzində (20 Yanvar küçəsi 172) baş tutacaq görüş zamanı Mingəçevir və Yevlax sakinlərinin müraciətləri dinləniləcək.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 022 236 19 04; 050 845 93 56) müraciət edə bilərlər.