
2022-ci ildə Rusiyada sərt spirtli içki istehlakını 7,5% artıb.
Modern.az xəbər verir ki, bu barədə “FinExpertiza” audit şirkətinin məlumatında qeyd olunub.
Bildirilir ki, ötən il Rusiyada hər şəxs orta hesabla 6,8 litr sərt spirtli içki içib. Rusiyada şərab istehlakı isə 5,5% azalaraq 6,2 litr təşkil edib. Pivə istehlakı göstəriciləri sabit qalıb, 2022-ci ildə cəmi 0,06% azalaraq adambaşına 52,2 litr olub.
Ümumilikdə ötən il Rusiyada sərt spirtli içkilərdən araq və konyak satışı artıb.