Rusiya Suriyadakı aviabazasında yerləşdirdiyi S-300 zenit-raket komplekslərini Krıma aparıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, məlumatı İsrailin “ImageSat İnternational” (ISI) peyk şirkətinin çəkdiyi görüntülər təsdiqləyib.
Aprel ayında Suriyanın Masyaf şəhərində görünən S-300 sistemi daha sonra Tartus limanında gəmi yüklənərkən peyk formalarına düşüb.
S-300 sistemləri Novorossiysk limanına aparılıb. Silah daşıyan mülki gəminin Türkiyənin Çanaqqala boğazından keçdiyi bildirilir.
Akif İsmayılov