Rusiya hərbi birləşmələri Ukraynayanın Çerniqov şəhərindəki futbol stadionu və kitabxananı bombaladı.
Millətin Səsi.az xəbər veriri, bu haqda Ukrayna ordusunun Çerniqov Vilayət Hərbi İdarəsinin rəisi Vyaçeslav Çaus məlumat verib. O bildirib:
“Yuri Qaqarin adına stadion və şəhər kitabxanası strateji hərbi obyektdirmi? Bu, çox ağrılıdır, lakin mülki şəxsləri güllələyirlər. Mülki yaşayış məntəqələri demək olar ki, hər yerdə vurulur. Biz təkcə stadionlardan və ya kitabxanadan danışmırıq. Məktəblər, xəstəxanalar və evlər raketlərlə vurulur. Hücumlar nəticəsində şəhərin içməli su şəbəkələrinin də ciddi şəkildə zədələnib. Çernihiv şəhərinin demək olar ki, bütün içməli su xətləri vuruldu. Biz yaxın gələcəkdə böyük su böhranı ilə üzləşə bilərik”.