Ruslar xoşbəxtdirlərmi? – Maraqlı sorğu

Ruslar xoşbəxtdirlərmi? – Maraqlı sorğu

Rusiyada əhalinin xoşbəxt olub-olmaması ilə bağlı sorğu keçirilib.

 

Modern.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) keçirdiyi sorğunun nəticələrinə əsasən, respondentlərin 82 faizi xoşbəxt olduğunu bildirib.

 

“Mart ayında keçirilən sorğu zamanı rusların əksəriyyəti – 82 faizi özünü xoşbəxt hiss etdiyini qeyd edib. Onların üçdə biri, təxminən 35%-i mütləq xoşbəxtdir, 47%-i isə daha çox xoşbəxtdir. Sorğunun nəticələrinə görə, xoşbəxt olmayan insanların faizlə göstəricisi 14%-dir”, -məlumatda deyilir.

 

Rusların xoşbəxtlik indeksi ötən ilin martında olduğu kimi 68 balla qiymətləndirilib. Ekspertlər bildiriblər ki, bu göstərici 2022-ci ilin oktyabrında bir qədər aşağı olub.

Mənbə

Share: