Rüstəm Usubovun Avropaya viza istəyinə “yox” deyildi

Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubovun Avropaya getmək niyyəti baş tutmayıb.

Milletinsesi.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, Rüstəm Usubovun viza üçün müraciət etdiyi Avropa İttifaqı ölkələrindən birinin Bakıdakı səfirliyi ona imtina cavabı verib.
Vizaya dair imtinanın səbəbi açıqlanmasa da ehtimal olunur ki, bu, Rüstəm Usubovun adının son zamanlar “MTN İşi” çərçivəsində keçirilən məhkəmə prosesində hallanması ilə bağlıdır.
Qeyd edək ki, “MTN İşi”ndə zərərçəkənlərlə yanaşı vaxtilə MTN-də yüksək vəzifə tutanlar da  Rüstəm Usubovu cinayətdə ittiham edib.
Baş Prokurorun sabiq birinci müavini qanunsuz həbslərə təqdimatda və saxta ittiham aktlarını təsdiqləməkdə günahlandırılır.

R.Usubov 12 avqust 2005-ci il tarixli sərəncamla Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilmişdi. 21 may 2020-ci il tarixində həmin vəzifədən azad olunub. Rüstəm Usubovun adı bir sıra səs-küylü hadisələrdə hallanıb. Onun prokurorluq orqanlarındakı fəaliyyəti ilə bağlı rəylər birmənalı deyil.

Mənbə

Share: