Rüştü Reçber evə buraxıldı

Bir müddətdir koronavirusdan əziyyət çəkən Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəcbər evə buraxılıb.

Qol.az yerli mətbuata istinadən xəbər verir ki, 47 yaşlı keçmiş futbolçu artıq özünü yaxşı hiss edir. Həkimlər onun müalicəsini evində davam etdirilməsini qərara alıblar.

Xatırladaq ki, koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim və vitse-prezidentlər də müalicələrini evdə davam etdirirlər.

Share: