Rüşvətə görə həbs edilən ermənipərəst deputatdan XƏBƏR VAR

Avropa Parlamentinin həbsdə olan sabiq vitse-prezidenti Eva Kaili ev dustaqlığına buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

44 yaşlı yunanıstanlı deputat Brüsselin şimalındakı Haren həbsxanasından Avropa Parlamentinin yaxınlığındakı mənzilinə aparılıb. Bildirilir ki, rüşvətə görə həbs edilən sabiq Avropa rəsmisi elektron qolbaq taxacaq və Belçikanı tərk edə bilməyəcək. O, jurnalistlətə qısa açıqlamasında tezliklə daha ətraflı açıqlama verəcəyini deyib.

 

Kaili Aİ-nin siyasətinə təsir etmək müqabilində Qətər və Mərakeşdən rüşvət almaqda ittiham olunur. KİV-in məlumatına görə, onun mənzilindəki çarpayıdan 150 min avro pul tapılıb. Qeyd edək ki, Eva Kaili ermənipərəst mövqeyi və Azərbaycana qarşı qərəzli yanaşması ilə yadda qalan avroparlamentarilərdən biri olub.

 

Eyni iş üzrə Avropa Parlamentinin digər üzvü, belçikalı Mark Tarabella fevral ayında saxlanılıb və bu həftənin əvvəlində ev dustaqlığına buraxılıb. 

Mənbə

Share: