Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.
Açılış matçında “Səbail” “Turan Tovuz”u qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Otto Con 26-cı dəqiqədə hesabı açıb. 46-cı dəqiqədə Rüfət Abdullazadə bərabərlik qolunu vurub. 77-ci dəqiqədə “dənizçilər”dən Aleksandr Ramalinqom penaltini dəqiq yerinə yetirməklə görüşdə son nötqəni qoyub.
“Səbail” qələbə sayəsində 21-ci xalını qazanıb və lider “Zirə”yə çatıb. Bölgə təmsilçisi 15 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, XII turun digər görüşləri 4-5 noyabrda olacaq.