Səbayılda ölümlə nəticələnən yol qəzası baş verdi

Səbayılda ölümlə nəticələnən yol qəzası baş verdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Millətin Səsi.az  xəbər verir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsi-15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Tural Səlimxan oğlu Məmmədov idarə etdiyi “Hunday” markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Rəhim Bahadur oğlu Zeynalovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Share: