Sədərək istiqamətində, Lökbatanda bizim uzaq planımızda (2030-cu ilə qədər) belə bir layihə var ki, yeni metro xətləri çəkilsin.
Millətin Səsi.az Baku.vs-ya istinadən xəbər verir ki, bu sözləri Bakı Metropoliteni QSC-nın Baş Mühəndisi Əlixan Osmanov bildirib.
Baş Mühəndis əlavə edib ki, bu, həmin istiqamətdə “İçərişəhər” stansiyasının davamı olaraq metropolitenin xətlərini bir-birindən ayırmaq üçün tələb olunur.