Sədərək Ticarət Mərkəzində bu gün səhər saatlarında yanğın başlayıb.
Milletinsesi.az xəbər verir ki, birinci cərgədə mağazaların birinin tavanında başlayan yanğın qısa müddətdə qonşu mağazalara keçib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Hadisə yerinə helikopter də cəlb olunub.
Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
Yanğınla əlaqədar qərargah yaradılıb.