
Moderator.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkəni cari ilin 3-cü rübündə tərk edən vətəndaşlarının və xaricilərin özəl statistikasını dərc edib.
Qeyd edək ki, bu dövrə iyul, avqust və sentyabr aylarə daxildir, yəni sentyabrın sonuncu ongünlüyündə elan edilən qismən səfərbərlikdən rusiyalıların yalnız ilk qaçış günlərini əhatə edir.
FTX-nın məlumatına görə, 3-cü rübdə xaricə gedişin miqyası koviddən öncəki dövrə nisbətən hələ aşağı olub və 9, 7 milyon nəfər təşkil edib.
Rusiya əhalisininn sayının 144 milyon olduğunu nəzərə alsaq, söhbət bu əhalinin 7 faizindən gedir.
Bu, ötən 2-ci rübdəki 5 milyona nisbətən, təxminən 2 dəfə çoxdur. Amma hələ müharibədən öncə, ötən ilin iyul-sentyabr aylarına nisbətən, cəmi 1, 2 milyon nəfər çoxdur.
Beləliklə, FTX-nın statistikasına görə, bu ilin yayında yay məzuniyyətlər mövsümü üçün bu və ya digər dərəcədə tipik mənzərə yaranıb.
2019-cu ilin məlumatlarını götürsək, heç demə Rusiya əhalisi əvvəllər yayda kütləvi şəkildə xaricə üz tutub: 2019-cu ilin 3-cü rübündə 16 milyon nəfər ölkədən çıxıb, bu da builki 9, 7 milyon nəfərdən xeyli çoxdur.
Qeyd edək ki, rusiyalıların yerdəyişmə dinamikası çox mürəkkəbdir. Belə ki, çağırışdan boyun qaçıranların sayının aşkar artması ilə yanaşı, Rusiya əhalisinin xaricə getmək üçün ümimi imkanları müharibə başlanandan kəskin surətdə azalıb. Eyni zamanda Rusiyada xarici turizm güclü dərəcədə azalıb (həm də işgüzar təmaslar).
Rusiyanın qərb qonşuları Rusiya pasportu ilə tranzit girişlərinin qarşısını alıb və bir növ “yadlaşma zolağı” yaradıb. Söhbət Finlandiya, Estoniya, )
Latviya, Litva, Polşa, Çexiya və Slovakiyadan gedir ki, bu da rusiyalıları Belarusdan getmək imkanlarından mərhum edir.
Rusiya ilə hazırda aviaəlaqələr də güclü dərəcədə məhdudlaşıb və kifayət qədər bahadır, Avropa vizaların verilməsi üçün ümumi qaydalar isə mürəkkəbləşib.
FTX-nın statistikasına görə, ölkədən gedişin təxminən yarısı (2.5 milyon və 2,1 milyon) iyul ayından sentyabr ayınadək Abxaziya və Türkiyənin payına düşüb (son illər rusiyalı turistlər üçün “təbii sığınacaq olan ölkələr). Bundan başqa, İstanbul vasitəsilə bir çox rusiyalılar (göstərilən miqdarın yarısınadək) başqa ölkələrə uçub.
Bu aylar Qazaxstana 1, 3 milyon adam gedir (2019 ilin 3-cü rübündə 1, 2 milyon). Bu zaman güdənlərin 1, 2 milyonu səfərin məqsədinin özəl olduğunu, yalnız 37 mininin turizm məqsədilə olduğunu göstərib.
Qazaxstan KİV-lərinin bu ölkənin prezidenti Tokayevin sözlərinə istinadən qeyd etdiyi kimi, səfərbərlik fərmanından sonra Qazaxstana daxil olanlar sayı 2 dəfə artaraq hər gün 20 min nəfərə çatıb. Lakin bütövlükdə Rusiya əhalisinin sayına görə bunlar böyük rəqəmlər deyil.
2019-cu ildə gedişlərdən xeyli az olan ölkələrə səfərlər xeyli dərəcədə artıb. Bu, Ermənistan (267 min səfər, 2019-cu ilin 3-cü rübündə 150 min), Qırğızıstan (167 min gediş, 85 min 2019-cu il 3-cü rüb), Özbəkistan (126 min gediş, 2019-cu il, 3-cü rüb 63 min), Tacikistan (103 min gediş, 2019-cu ilin 3-cü rübü 48 min).
İyul-sentyabr aylarında Rusiyadan Gürcüstana kifayət qədər çox, 460 min nəfər köçüb. Amma bu, 2018-ci ilin 3-cü rübündən çox deyil. O zaman 514 min gediş qeydə alınıb.
Rusiyadan Finlandiyaya 430 min gediş olub. Monqolustana 65 min nəfər köçüb (2019-cu ilin analoji dövründə 60 min.
Beləliklə, ölkədən gedişin rəqəmlərlə göstəriciləri, FTX məlumatlarına inansaq, Covid emidemiyası ilə əlaqədar ağırlaşan digər illərə əsasən o qədər də fərqlənmir. Ümumilikdə isə bu nəticəyə gəlmək olar ki, çağırışın ilk günlərindən başqa ölkələrə üz tutan rusiyalıların sayı o qədər də çox olmayıb.
Bununla yanaşı, bir çox siqlanllar onu göstərir ki, sərhədlərdə növbələrdə “çağırışdan qaçanlar”ın çoxu bir neçə gün növbədə dayanıb. Beləliklə, sentyabr statistikasına düşməyib.
Təyyarəyə bilet alanlar da çox vaxt oktyabr reyslərinə düşüb. Ona görə də “qaçış statistikasının” əhəmiyyətli təhlili üçün sentyabr statistikasını oktyabr statiskiası ilə birləşdirmək lazımdır. Əgər RUsiya FTX-sı bunu dərc etməyi mümkün sayacaqsa.