Səfərbərlikdən tərxis olunan şəxslərin qaldırdıqları məsələlər həll edilir

Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə yaradılmış, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiya fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, Bakıda fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 18-dək 2240 vətəndaş müraciət edib.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 507 vətəndaşın müraciətinə baxılıb.

Müraciətlərdə qaldırılan məsəllərin həlli üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 570 müraciəti yerində həll olunub.

Share: