
“Braziliya mədəniyyətinin nümunələri Azərbaycanda geniş şəkildə tanınır”.
Bunu Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz ADA Universitetində keçirilən 11-ci Beynəlxalq Festivalda jurnalistlərə açıqlamasında deyib.
O, ciu-citsu və kapoeyra kimi Braziliya döyüş növlərinin Azərbaycanda inkişaf etməsindən məmnunluğunu ifadə edib.
Səfir bu idman növləri ilə çoxlu sayda uşaq və böyüklərin məşğul olması xəbərindən şad olduğunu söyləyib.
Diplomat onu da qeyd edib ki, bu gün festivalda Braziliyanın milli mətbəxinə aid yeməklər nümayiş etdiriləcək, həmçinin kapoeyra döyüşünü canlı izləmək mümkün olacaq: “Bu gün ADA Universitetində olmaqdan çox məmnunuq. Bu qəbildən olan tədbirlərdə iştirak hər zaman müsbət təcrübədir”.