Səfir ölkəsinin uğurlu investisiya sirrini AÇIQLADI

Səfir ölkəsinin uğurlu investisiya sirrini AÇIQLADI

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Auld ölkəsinin xarici investisiyaların cəlb edilməsindəki uğurlarından danışıb.

 

Modern.az xəbər verir ki, o, tviter səhifəsində bu barədə paylaşım edib.

 

“Britaniya son 10 ildə birbaşa xarici investisiyaların cəlb edilməsində Avropadakı ən yaxşı ölkələrdən biri olmaq üçün nə edib? Cavab – yaxşı idarəetmə! Düzgün idarəetmə etibarlı biznes mühitini gücləndirən ən vacib şərtlərdən biridir. Təcrübəmizi Azərbaycanla bölüşmək üçün Bakı və Gəncədə iki seminar təşkil etdik. Britaniyanın maliyyələşdirdiyi seminarlar Azərbaycan Standartlaşdırma Institutunun təşkilatçılıq dəstəyi ilə Britaniya Standartları İnstitutu tərəfindən həyata keçirilib”, – deyə diplomat yazıb.

 

 



Mənbə

Share: