Səfirlik işçiləri Kiyevə qayıdıb, səfir isə hələ Bakıdadır

Ukraynada müharibə başlayandan sonra Azərbaycanın Kiyevdəki səfirliyində çalışan diplomatların bəziləri təhlükəsizliklə əlaqədar Bakıya gəlmişdilər.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, artıq onlardan bir neçəsi Ukraynaya qayıdaraq xidməti vəzifələrinin icrasına başlayıblar.

 

Hazırda Azərbaycanın Ukraynadakı səfirliyi əvvəlki məhdud çərçivədə fəaliyyətini həyata keçirir. Son günlər səfirlikdə Ukraynanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın sənəd problemləri və digər məsələlərlə bağlı müraciətləri qeydə alınmaqdadır.

 

Səfir Elmira Axundovanın isə hələ də geri qayıtmadığı bildirilir. Məlumata görə, o, hazırda Bakıdadır. Xanım diplomatın Kiyevə nə vaxt dönəcəyi bəlli deyil.

 

E.Axundova artıq səkkiz aydır ki, diplomatik fəaliyyətini Azərbaycandan davam etdirir. O, Bakıya qayıtmasını səhhətində yaranmış problemlə əlaqələndirmişdi.

Mənbə

Share: