Səfirliklərin təhlükəsizliyinə heç kim zəmanət verməyib

Səfirliklərin təhlükəsizliyinə heç kim zəmanət verməyib

Milli Məclisdə xaricdə fəaliyyət göstərən diplomatik korpusların təhlükəsizliyini gücləndirmək məsələsi qaldırılıb.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev bununla bağlı məsələ qaldırıb.

 

“Xaricdə fəaliyyət göstərən səfirliklərimizin təhlükəsizliyi gücləndirilməlidir. Əsas da sülh müqaviləsinin imzalanması prosesində təhlükəsizliyi daha da gücləndirmək lazımdır. Çünki hələ də ölkəmizin uğurlarını, nailiyyətlərini qəbul etməyən qüvvələr çoxdur, bu məqamda diplomatik korpusların təhlükəsizliyinə heç kim bizə zəmanət verməyib”, – deyə deputat bildirib.

Mənbə

Share: