“Səfirliyə hücum dinə yaraşan hadisə deyil”

Xəbər verdiyimiz kimi, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Qrup üzvləri səfirliyin binasına daxil olub, vandalizm aktı törədərək binanın eyvanında dini bayraqlar qaldırıb, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub.

Azərbaycanın Londondakı səfirliyinə hücumun edilməsi cəmiyyətin həm dini kəsmi, həm də sıravi vətəndaşlar arasında kəskin narazılıq yaradıb.

Ölkə gündəmini zəbt edən hadisə ilə bağlı mətbuata açıqlama verən Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli Milletinsesi .az-a bildirib ki, bu hadisə insanların dini inancına zərbədir:

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum heç də yaxşı hadisə deyil, insanların narazılığına səbəb olub. Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüuarların səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüuarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir”.

Hacı Surxay qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: “Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir”.

Mənbə

Share: