“Şəhərdə bir-birimizi səsimizin tutulmağından tanıyırıq ki, gecə stadionda olmuşuq”-tarixi oyunun şərhçisi-FOTO+ÖZƏL

“Şəhərdə bir-birimizi səsimizin tutulmağından tanıyırıq ki, gecə stadionda olmuşuq”-tarixi oyunun şərhçisi-FOTO+ÖZƏL

 

“Bu yuxu kimi bir matçdır, bu əsl trillerdir, bu dramadır, fantastikadır, dəhşətdir. Bu tarixi, Qarabağ klubu və stadionda olan 32 minə yaxın azarkeş yazdı. Bu inanılmaz bir fantastik uğurdur ki, illər sonra da qürurla xatırlayacağıq. Stadionda olan hər bir kəs övladına, nəvəsinə,  gələcəyə deyəcək ki, həmin oyunda mən də var idim” Bunu

 

Moderator.az-a özəl açıqlamasında “Qarabağ” və “Braqa” oyununu şərh edən aparıcı Sənan Şəfizadə deyib. O tarixi oyuna şahidlik etdiyi üçün böyük qürur hissi keçirdiyini bildirib. 

 

“Oyunun əvvəlində ilk hissədə iki yaxşı şansımız oldu hesab açmağa, amma alınmadı. Sonradan az qaldıq. Komanda 10 futbolçu ilə qalanda meydana stadionda olan azarkeşlər yumruq kimi daxil oldu. Onlar Qarabağa azlıqda qalmağı hiss etdirməməyə çalışmaq istəyirdilər. Təsəvvür edin ki, 4:2 olarkən Nəriman Axundzadə 5-ci qolu vurub məsələyə ciddi şəkildə bir nöqtə qoya bilərdi. Nərimana qarşı sonradan çox təzyiq oldu. Bu matçın isə tarixi nidasını, nöqtəsini Nəriman etdi. Oyuna gələndə stadionun işçilərinə söylədim ki, “təsəvvür edin, Qurban bəy sonda Nəriman Axundzadəni stadiona buraxır və o da son qolu vurub, həlledici tarixi yazır”. Mənə dedilər ki, “ola bilməz, riskdir, Nəriman psixoloji cəhətdən bu oyuna necə hazır olar?”. Amma gördünüz ki, təsadüfən söylədiyim kimi də oldu. Çox böyük uğurdur. Bu uğuru sözlə izah etmək mümkün deyil. Biz bu tarixi uğurun əhəmiyyətini illər sonra hiss edəcəyik. Azərbaycan 1/8 finaldadır. 1/8 finalda olmağımızı yuxuda görmək belə çətin idi, amma bunlar indi yuxu deyil. Həyatda biz bunun şahidi olduq. Stadionda olan hər bir kəsin bu uğurda əməyi var. Təsəvvür edin ki, oyunda əlavə dəqiqələrə getdik, 15 dəqiqə, 2 hissədən ibarət. Çox azarkeş artıq metronun bağlanmağını düşünürdü. Bakı Metropoloteni də bunu nəzərə alaraq iş saatını bir az da artırdı. Saat 1 idi, gecə 2-nin yarısına kimi uzatdı. Ən son sərnişinin evinə, mənzil başına çatdırana qədər.. Bütün azarkeşlər əsl yumruqa çevrildi. Mən hamını təbrik edirəm. İnşallah davamı gəlsin. Sadəcə bu qələbədən, tarixdən həzz almaq lazımdır. Bir az səsimiz tutulub. Şəhərdə bir-birimizi görəndə səsimizin tutulmasından tanıyırıq ki, stadionda olmuşuq. Amma səsi tutulan insanlara, azarkeşlərə demək istəyirəm ki, narahat olmayın, səsimiz 2-3 günə düzələcək, amma 1/8 filan tarixdə qalacaq” deyə Sənan Şəfizadə bildirib.

Mənbə

Share: