Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb.
ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
Onun sözlərinə görə, müharibə əlilləri üçün sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla, I qrup əlilliyi olanlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü də təsis edilib: “Bu təqaüd 50 manatdır. Şəhid ailələrinə birdəfəlik ödəmə -11 min AZN ilə təminatı proqramının artıq 80 faiz icra olunub. Qısa müddət ərzində 20 faiz də icra olunacaq”.