“Şəhid ailələrinə yeni mənzillər veriləcək”- Nazir

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminat proqramı genişləndirilib.

Millətin Səsi.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bugünkü mətbuat konfransında deyib.

“Yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə 3 dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən təkcə son 20 gündə 250 mənzil təqdim edilib”, – nazir

Share: