Şəhid ailələrinin üzvləri növbədənkənar işə götürüləcək

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar işə götürülmə kvotası şəhid ailələrinin üzvlərinə də şamil ediləcək.

Milletinsesi.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsi parlamentə daxil olub.

 

Share: