Şəkidə şəhid Fərid Lətifovun dəfn mərasimi keçirilib.
Şəki şəhərində doğulub boya-başa çatan Azərbaycan ordusunun hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü Fərid Qiyas oğlu Lətifov Şəki şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edib. Dəfn mərasimindən öncə şəhidin ruhuna hörmət olaraq yaylım atəşi açılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfndən sonra Azərbaycan bayrağı şəhidin atası Qiyas Lətifova təqdim olunub.
Qeyd edək ki, 21 yaşlı F.Lətifov Vətən müharibəsi iştirakçısı olub. O, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib.