Ermənistanın təxribatı nəticəsində şəhid olan Nihat Nicat oğlu Verdiyev torpağa tapşırılıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 2003-cü il təvəllüdlü Nihad Verdiyevin nəşi Gəncə şəhər Cavad xan qəsəbəsində yaşayan ailəsinin evinə gətirilib.
Şəhid Gəncədə Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Əslən Daşkəsən rayonundan olan şəhid N.Verdiyev yaylım atəşi sədaları altında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!