Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olan Rəşad Qasımov dəfn edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, əvvəlcə Cəlilabad rayonunun Alar kənd sakini, 2003-cü il təvəllüdlü əsgər Rəşad Qasımovun nəşi doğulduğu kəndə gətirilib.
Onunla doğulduğu evdə vida mərasimi keçirilib.
Daha sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.
Qeyd edək ki, şəhid R. Qasımov subay idi.