Şəhidimiz dəfn edildi

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayev bu gün Şəhidlər xiyabanında dəfn olunacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə millət vəkili Zahid Oruc məlumat paylaşıb.

“Xalqımızın igid övladları kimi Bərdə oğulları da hər zaman vətənimizin qorunmasında qəhrəmanlıq göstəriblər, canlarını fəda ediblər.

Eltun bir ailənin deyil, indi bir millətin övladıdır. Onun nəşi qürur yerimiz olan Bərdə Şəhidlər Xiyabanında dəfn ediləcək”, – deyə Z.Oruc qeyd edib.

***

Dövlət Sərhəd Xidmətinin Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığında yerləşən döyüş məntəqəsində odlu silahdan açılan atəş nəticəsində həlak olan əsgər Qarayev Eltun Elman oğlu Bərdədəki Şəhidlər xiyabanında dəfn olunub.

 

Share: