Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu Aqil Omarovun nəşi Qax rayonuna gətirilib.
Report-un məlumatına görə, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib.
Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.