Şəhidlər Xiyabanında qarışıqlıq salan şəxs həbs olundu

Şəhidlər Xiyabanında qarışıqlıq salan şəxs həbs olundu

Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirdiyinə görə, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

Cəhdin qarşısı alınıb və onlardan biri – Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Mənbə

Share: