Səhiyyə Nazirliyinin rəsmiləri xəstəxanalarda qəbul keçirəcək

Səhiyyə Nazirliyinin rəsmiləri xəstəxanalarda qəbul keçirəcək

Bu gündən Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələri 1 saylı Kliniki Tibbi Mərkəzdə, 3 saylı şəhər Klinik Xəstəxanasında, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində vətəndaşların qəbuluna başlayır.

Bu barədə Milletinsesi.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı səlahiyyətli nümayəndələr vətəndaşların problemlərini dinləyib, onları yerində həll edəcəklər.

Share: