Səmada xüsusi jest – Belə hadisə nadir hallarda olur

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri tarixi hadisə kim yadda qalıb. Ötən gün Avropa ölkəsinə gedən dövlət başçısı xüsusi hörmətlə qarşılanıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb. 

 

Serbiyaya məxsus “MiQ – 29” qırıcılarının Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etməsinin görüntüləri maraqla qarşılanıb.

 

İndiyədək nadir hallarda rast gəlinən bu təşəbbüs Azərbaycan liderlərinə xüsusi hörmət və ehtiram əlaməti kimi qiymətləndirilib və geniş müzakirələrə səbəb olub.

 

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərlə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Azərbaycan Prezidentinin Serbiyaya işgüzar səfəri zamanı təyyarəsinin bu ölkəyə məxsus qırıcılarla müşayiət edilməsi İlham Əliyevə göstərilən yüksək hörmətin bariz nümunəsidir:

 

“Belə hadisə çox nadir hallarda baş verir. Bu, Avropada, xüsusilə də Mərkəzi və Şərqi Avropada Azəbaycanla əməkdaşlığa nə qədər önəm verildiyini sübut edir. Avropanın enerji böhranı yaşadığını nəzərə almaq lazımdır. Buna görə də, Avropa alternativ enerji mənbələri axtarışındadır. Alternativ enerji mənbələrinə gəlincə, Azərbaycan ən əlverişi və etibarlı tərəfdaşdır”.

 

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Avropaya enerji sahəsində yardım göstərməklə, böyük rəğbət qazanıb.

 

 

“Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun açılış mərasimində  Azərbaycan Prezidenti də iştirak edirdi. Serbiya Prezidenti orada çıxış edərək bildirdi ki, Mərkəzi və Şərqi Avropa ölələrinin elektirik və qaz təchizatında Azərbaycan mühüm rol oynayır.

 

Ötən gün Prezidentin səfəri zamanı Serbiya lideri bir daha eyni məqamlara toxundu, İlham Əliyevin gördüyü işləri yüksək qiymətləndirdi. Serbiya Prezidenti Vuçiç iki ölkə arasındakı əməkdaşlıq və münasibətlərin yeni mərhələyə yüksəlməsi üçün əlindən gələni edəcəyini bildirdi.

 

Qeyd etmək lazımdır ki, hələ 2018-ci ildə “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”ı imzalanıb. Cənab Prezidentin Serbiya səfərinə qədər 44 sənəd imzalanıb. Ötən gün baş tutan səfər çərçivəsində də yeni sənədlərə imza atıldı. Bir sözlə, qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Avropa müstəvisində çox böyük nüfuzu var. Regionda  həyata keçirilən strateji layihələrin və əməkdaşlıq platformalarının lideri məhz Azərbaycan Prezidenti hesab edilir”, – parlamentari vurğulayıb.

 

 

Mənbə

Share: