Şənbə gününün hava proqnozu AÇIQLANDI

Noyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə az çiskin olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-13, gündüz 15-17, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

 

Mənbə

Share: