Şənbə və bazar günləri küçəyə çıxmağa qadağa qoyulur? – Açıqlama

Dünyada və Azərbaycanda koronavirusun ikinci dalğasının pik həddi yaşanır. Hətta qardaş Türkiyədə şənbə və bazar günləri insanların çölə çıxmasına yenidən qadağa qoyulur. Azərbaycanda da şənbə və bazar insanların çölə çıxmasına qadağan qoyula bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda da şənbə və bazar insanların çölə çıxmasına qadağa qoyulmalıdr:

“Mən dəfələrlə söyləyirəm ki, biz aprel ayındakı karantin rejiminə geri qayıtmalıdyıq. Aprel ayında olduğu kimi şənbə və bazar aptek, marketdən başqa bütün müəssisələrin fəaliyyəti dayandırılmalıdır. Çünki yoluxma və ölüm halları çoxalır. Qaydalara əməl etməyən vətəndaşlarımız cərimələnməli və maariflənndirmə işləri gücləndirilməlidir. Televiziyalarda şou verlişlərini yığışdırıb, maariflədirmə verlişlərinə yer ayırsınlar. Yaxın günlərdə koronavirusun vaksininin tapılması real görünmür. Peyvəndin tapılması üçün 2-3 il gözləməli olacağıq. Ola bilər ki, Azərbaycana vaksin lazım olmasın. Çünki virus mutasiyaya uğrayaraq zəifləməyə doğru gedəcək”.

Share: