Şərbətlərin faydaları

ZƏNCƏFİL ŞƏRBƏTİ:
1 ədəd orta ölçüdə zəncəfil
1 ədəd qabığıyla doğranmıç limon
azca şirin dad verəcək qədər bal
Zəncəfilin qabığı soyulur, nazik dilimlənir, şüşə qaba tökülür və üzərinə limon əlavə olunur, bal tökülür. Şüşənin qapağı möhkəm bağlanır və soyuducuda 2-3 həftə saxlanıır. Qarısıqdan 1 yemək qaşığı fincana töküb üzərinə qaynar su əlavə edilib içilir.
Revmatizmalı xəstələr bu qarışığın içinə aspirin töküb ağrıyan oynaqlarına da sürtə bilərlər. Qrip, infeksiya xəstəliklərində, immunitet çatmazlığında, boğaz ağrısında, qızdırma zamanı istifadə edilir.
MORUQ ŞƏRBƏTİ:
25 qram limon duzu
1 kq moruq
1 kq şəkər tozu
Bunları əzə-əzə
qarışdırıb, şəkər tozunun əriməsi üçün 1 gün soyuducuda saxlayın. Şəkər tozu tamamilə əridikdə moruğun suyu çıxana qədər əzib ikiqat tənzifdən süzün. Tənzifdə qalan moruğun üstünə 1 stəkan su tokub yenidən yoğurun və süzün. Alınan şərbətə limon duzu əlavə edin. Süzgəcdən züzüb şüşə qaba töküb soyuducuya qoyun. Bir stəkan suya 2 yemək qaşığı əlavə edib için. Bədəninizdə olan bütün soyuqlamanı aparacaq.
QIZILGÜL ŞƏRBƏTİ:
Qızıl gülün ləçəkləri
şəkər tozu
limon duzu
Qızılgülün ləçəklərinin üzərinə şəkər tozu səpib, azca limon duzu və qaynar su tökün. Üstünü bərk bağlayıb bir neçə saat saxayın. Soyuduqdan sonra soyuducuya qoyun .
Ürək xəstəliklərinin müalicəsində faydası böyükdür.

Share: