Türk müğənnisi və bəstəkarı Sərdar Ortaç yenidən evlənmək qərarına gəlib.
Gözlənilmədən arvadı – irlandiyalı model Xloye Louqnadan boşanan Sərdar sevgilisinin olduğunu açıqlayıb.
Dünən axşam konsert verən sənətçi sevənlərinə yaxın müddətdə yenidən evlənə biləcəyini və sevgilisinin olduğunu bildirib.
“Hazırda həyatımdahər şey yaxşıdır. Səhhətimdəheç bir problem yoxdur. Şükür allaha ki, əlayam. O qədər yaxşıyam ki, yaxınlarda məni sürpriz gəlin namizədlə görə bilərsiniz. Hazırda həmin şəxs buradadır. Amma bu gün onun kimliyini açıqlaya bilməyəcəm”, – deyə Sərdar qeyd edib.
Qeyd edək ki, Sərdar Ortaç-Xloye Louqna cütlüyü səkkiz illik evlilikdən sonra avqustun 8-də boşanıb. Hətta boşandığını son anda öyrənən Xloyenin halı qəfildən pisləşib və xəstəxanalıq olmuşdu.
İddialara əsasən, modelin Serdara hamilə olduğunu demədən uşağı tələf etməsi ayrılığa səbəb olub./oxu.az