Azərbaycanla sərhəddə yanvarın 14-də silahlı insident törədən Gürcüstan vətəndaşı Giorgi İçukaidzeyə qarşı rəsmi ittiham irəli sürülüb.
Report xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Həmin şəxs odlu silah və sursatın qanunsuz əldə olunması, saxlanılması və girov götürülməsində ittiham olunur.