Vaşinqtonun Reyqan Milli Hava Limanında sərnişin təyyarəsi ilə “Blackhawk” helikopteri toqquşub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.
“NBC Nyus”da isə qəzaya uğrayan təyyarədə azı 4 nəfərin sağ qaldığı, onların xəstəxanaya aparıldığı vurğulanıb.
“Röyters“ helikopterdə 3 hərbçinin olduğunu açıqlayıb.
FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.
***
Hərbi helikopterlə toqquşan sərnişin təyyarəsinin düşdüyü Vaşinqtondakı çaydan 19 nəfərin meyiti çıxarılıb.
Bu barədə BNO portalı polisə istinadən məlumat yayıb.