Səudiyyə Ərəbistanının Kralı Salman bin Adbuləziz əl-Səud xəstəxanaya yerləşdirilib.
Milletinsesi.az Virtualaz.org bildirir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
Bildirilib ki, Krala öd kisəsinin iltihabı diaqnozu qoyulub.
Xatırladaq ki, 2020-ci ilin aprel ayında Səudiyyə Ərəbistanında kral ailəsinin 150-dən çox üzvünün koronavirusa yoluxduğu barədə məlumat yayılmışdı.
Bununla əlaqədar 84 yaşlı Salman bin Adbuləziz əl-Səud Qırmızı dənizdə yerləşən adalardan birində özünütəcrid şəraitində yaşayır.
Onu da xatırladaq ki, o, qardaşı Abdullah bin Əbdüləzizin ölümündən sonra 2015-ci ildə taxta çıxıb. Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanının 7-ci kralıdır.