Səudiyyə Ərəbistanı İranın 17 pilotsuz uçan aparatını vurdu

Səudiyyə Ərəbistanı İranın 17  pilotsuz uçan aparatını vurdu

Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri gecə ərzində İrandan atılan 17 PUA-nı vurub.

Millətin Səsi.az xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, pilotsuz təyyarələrin əksəriyyəti Şərq əyaləti üzərində məhv edilib. Nazirlik əlavə edib ki, bəzi PUA-lar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad yaxınlığında ələ keçirilib.

Qeyd edək ki, İran fevralın 28-də İsrail və ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyata başlamasından sonra Səudiyyə Ərəbistanı ərazisinə hücumlara başlayıb. Ağ Ev hücumları İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Küveyt, Qətər və BƏƏ-dəki hərbi bazaları da vurulub.

Share: