
Suriya və Səudiyyə Ərəbistanı münasibətləri tam bərpa etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilir ki, Dəməşq və Ər-Riyad münasibətlərin pozulmasından on il sonra qarşılıqlı səfirlik açmaq niyyətindədir.
Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr 2012-ci ildə prezident Əsədin siyasətinə etiraz olaraq Suriyadakı diplomatik nümayəndəliklərini bağlayıb.
Bundan əvvəl Suriyanın yaxın tərəfdaşı olan İran da Səudiyyə ilə münasibətləri normllaşdırıb.