Səudiyyədə 13 yaşında həbs olunmuş yeniyetmə edam olunacaq

Səudiyyə Ərəbistanı rəhbərliyi “üsyan və terrora təşəbbüs” iddiasıyla 13 yaşında həbs olunan Mürtəza Qureirisi edam etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Mənbə yazır ki, Səudiyyə həbsxanasında 5 illik həbs müddətini yaşayan Qureiris 10 yaşında “Ərəb Baharı” etiraz dalğası zamanı qardaşının təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə etiraz olaraq nümayişlərə qatıldığına görə həbs olunub. Qureiris Səudiyyə təhlükəsizlik qüvvələri tərəfindən 3 il sonra ailəsi ilə birlikdə Bəhreynə gedərkən tutulub. O, Səudiyyə Ərəbistanı qanunlarına əsasən, “polis bölməsinə “Molotov kokteyli” atma, terror təşkilatına üzv olma, şiddət tətbiq etmə, qardaşının cənazəsində etiraz nümayişi təşkil etmə və xalqı üsyana təşviq etmə”də təqsirli bilinir.

Hazırda 18 yaşında olan və həbsdə olduğu 5 ilin ikisini tək adamlıq kamerada “ağır işgəncə və stress” altında keçirən Qureiris barəsindəki ittihamları rədd edib.

Mənbənin məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Qanunsuz həbslər üzrə İşçi Qrupunun Qureirisin 2016-cı ildə tutulması ilə bağlı hazırladığı hesabata əsasən, o, dinc nümayişlərdə iştirak etsə də, işgəncəyə məruz qalıb və müxtəlif ittihamları qəbul etməyə məcbur edilib, onun həbsi qanunsuzdur.

Ancaq 2011-ci ildə Murtaza Qureirisin iştirakı ilə keçirilən etiraz aksiyasında iştirak edən Səudiyyə fəalı Məhəmməd Daman CNN-ə etirazların sülh niyyətli olduğunu və bu videolarda Saudiyyə Ərəbistanının iddia etdiyi kimi zorakılığa yer verilmədiyini deyib.

Share: